Описание

Böyük alman yazıçısı Erix Mariya Remarkın ötən əsrin 30-cu illərində qələmə aldığı ‘Üç yoldaş’ əsərini sevgi haqqında ən gözəl, dostluq haqqında ən maraqlı, insan münasibətləri haqqında isə ən faciəli roman adlandırırlar. Roman yazıçının, demək olar ki, yaradıcılığından qırmızı xətt kimi keçən müharibənin insan həyatına və psixologiyasına vurduğu dəhşətli yaralardan bəhs edir. Əgər ədibin bundan əvvəl yazdığı ‘Qərb cəbhəsində yenilik yoxdur’ romanında səngərlərdə vuruşan, həyatlarını, fiziki sağlamlıqlarını itirən yeniyetmələrin faciələri əks olunmuşdusa, ‘Üç yoldaş’da davadan sağ çıxmış, yeni, dinc həyata başlayan gənclərin cəmiyyətlə daimi konfliktləri ön plana çəkilir. Adətən itirilmiş nəsil adlandırılan bu nəslin problemlərinə, psixologiyasına Remark çox yaxşı bələd idi. Çünki qəhrəmanları kimi o özü də I Dünya müharibəsinin dəhşətlərindən keçmiş, müharibədən sonra həmin problemləri yaşamış, üstəlik, faşizm isterikası dövründə ciddi təqiblərlə üzləşmişdi. Bəlkə də sadə təhkiyə tərzinə rəğmən, personajlarının ən dərin psixoloji qatlarına varmaq, onlarla cəmiyyət arasındakı münasibətlər sistemində yaranmış uçurumu real, təsirli boyalarla təsvir etmək istedadıyla yanaşı, məhz bu amil də yazıçıya yaxından kömək etmişdi.

О книге

ИздательствоQanun Nəşriyyat evi
Год издания2022
Языкaz
Возрастное ограничение16
ISBN9789952265149

Частые вопросы

О чём книга «Üç yoldaş»?
«Üç yoldaş» — это зарубежная классика. Böyük alman yazıçısı Erix Mariya Remarkın ötən əsrin 30-cu illərində qələmə aldığı ‘Üç yoldaş’ əsərini sevgi haqqında ən gözəl, dostluq haqqında ən maraqlı, insan münasibətləri haqqında isə ən faciəli roman adlandırırlar. Roman yazıçının,…
Где читать или купить «Üç yoldaş»?
Книгу можно читать или купить у партнёра ЛитРес (эл. книга). Цена у партнёра — 147 ₽. Переход — по кнопке в блоке «Где читать или купить».
Что почитать похожее на «Üç yoldaş»?
Близкие по теме книги: «Beyond The City», «The Parasite», «The Vital Message». Полный список — в блоке «Похожие книги».