Описание

Bəşər mədəniyyəti tarixində silinməz iz buraxan dahi sənətkarlardan biri Əbülqasim Firdovsi (934 - 1024) və dünya ədəbiyyatı xəzinəsində təravətini əbədi saxlayan şah əsərlərdən biri isə onun “Şahnaməsidir. Fars-tacik klassik şeirinin fəxri olan Firdovsinin, “Şahnaməsi min ildən yuxarıdır ki, dünyaya səs salmış, bədii söz, hikmət və gözəllik aşiqlərini öz pərəstişkarlarına çevirmiş, sevilə-sevilə oxunmuş, bir çox ölməz sənətkarların istifadə mənbəyi olmuş, kimi onu təqlid etmiş, kimi ona nəzirə yazmış, kimi isə onun şərhi və tədqiqini özü üçün şərəf hesab etmişdir. “Şahnamə ilkin Şərq ədəbiyyatının ən böyük diqqətəlayiq ədəbi abidəsidir. Bu abidədə əvvəldən axıra qədər qəhrəmanlıq və insanpərvərlik ideyası qızıl xətt ilə davam edir, insanın əzəmətini, onun vüqarı, nəcib hissləri və ülviyyətini pozan və ləkələyən nə varsa, hamısına qarşı dahi şairin kin və qəzəblə dolu ittihamnaməsi oxunur. “Şahnamədə çoxlu müharibə səhnələri təsvir olunur. Şairin fikrincə, bəşəriyyətin ən böyük faciəsi, xalqların dözülməz fəlakəti müharibədir. Hər bir müharibənin təsvirindən sonra qələbənin kimin tərəfində olduğuna fərq qoymadan, böyük insanpərvər şair sanki oxucusuna (dinləyicisinə) müraciətlə fəlsəfi mühakiməyə başlayır. Yüz minlərlə insan atlı, pyada yurdunu, ailəsini, peşəsini tərk edib, silaha sarılır, çarpışır, öldürür, ölür, səhralar insan qanından al boyanır, leş leş üstə qalanır. Nə üçün? Şair bu suala cavab axtarır və tapır: Qılınc oynadan şah evlər yıxar, Mənəmlik edər, aləmi qırdırar.

О книге

ИздательствоAudioKitab
Год издания2023
Языкaz
ФорматыMP3, M4B
Возрастное ограничение0

Частые вопросы

О чём книга «Şahnamə»?
«Şahnamə» — это стихи и поэзия. Bəşər mədəniyyəti tarixində silinməz iz buraxan dahi sənətkarlardan biri Əbülqasim Firdovsi (934 - 1024) və dünya ədəbiyyatı xəzinəsində təravətini əbədi saxlayan şah əsərlərdən biri isə onun “Şahnaməsidir. Fars-tacik klassik şeirinin…
Где читать или купить «Şahnamə»?
Книгу можно читать или купить у партнёра ЛитРес (аудиокнига). Цена у партнёра — 229 ₽. Переход — по кнопке в блоке «Где читать или купить».
Что почитать похожее на «Şahnamə»?
Близкие по теме книги: «Потерянный рай», «Витязь в тигровой шкуре», «Стихотворения». Полный список — в блоке «Похожие книги».
{# Метрика грузится только после opt-in (см. metrica.js). noscript-пиксель НЕ добавляем: без JS нет согласия → нельзя грузить аналитику. #}