Описание

İsi Məlikzadə “60-cılar adlanan ədəbi nəslin görkəmli nümayəndəsidir. Onu “müasir Azərbaycan povestinin yaradıcılarından biri, gözəl hekayələr müəllifi adlandırırlar. İsi Məlikzadənin latın qrafikası ilə ilk kitabı 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən çap edilib. Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü ilə çap olunan bu kitabda İsi Məlikzadənin ilk qələm təcrübələrindən həyatının son dönəminə qədər yazdığı, demək olar ki, bütün hekayələri toplanıb. Bu hekayələrə əsasən ədibin yaradıcılıq prosesini, hekayələrindəki inkişafı izləmək mümkündür. Hekayələrin çoxu müstəqillik illərindən sonra latın qrafikası ilə çap olunmayıb. Əsərlərin ayrıca kitab şəklində dərci İsi Məlikzadənin yaradıcılığına yeni nəsillərin diqqətini çəkmək, onu unudulmağa qoymamaq, bədii irsini diqqətdə saxlamaq məqsədi daşıyır. İnanırıq ki, bu kitab İsi Məlikzadə hekayələrini ilk dəfə oxuyanlarda yeni tapıntı, öncədən oxumuşlarda isə dəyərli bir nostalji təsiri yaradacaq.

О книге

ИздательствоQanun Nəşriyyat evi
Год издания2023
Языкaz
Возрастное ограничение16
ISBN9789952367171

Частые вопросы

О чём книга «QATARDA (hekayələr)»?
«QATARDA (hekayələr)» — это классическая проза. İsi Məlikzadə “60-cılar adlanan ədəbi nəslin görkəmli nümayəndəsidir. Onu “müasir Azərbaycan povestinin yaradıcılarından biri, gözəl hekayələr müəllifi adlandırırlar. İsi Məlikzadənin latın qrafikası ilə ilk kitabı 2005-ci ildə Azərbaycan…
Где читать или купить «QATARDA (hekayələr)»?
Книгу можно читать или купить у партнёра ЛитРес (эл. книга). Цена у партнёра — 73 ₽. Переход — по кнопке в блоке «Где читать или купить».
Что почитать похожее на «QATARDA (hekayələr)»?
Близкие по теме книги: «Beyond The City», «The Parasite», «Западня». Полный список — в блоке «Похожие книги».