Описание

"...Dolabın içində qorxudan büzüşüb titrəyərkən, çətinliklə nəfəs alarkən anamın asqıdakı paltarları üzümə toxunaraq məni sanki oxşayırdı. Bu toxunuş mənə həmişə əzab verirdi. Bambuk yarpaqları da üzümə toxunanda özümü eləcə, dolabdakı kimi hiss edirəm. O paltarların yenidən üzümü oxşadığını duyuram..." Psixoloji triller janrında yazılmış bu detektiv əsərdə əsas qəhrəmanlardan biri – Jak Reverdi ziddiyyətli cani-şəxsiyyət obrazı kimi müxtəlif rakurslardan işıqlandırılır. Onun idmanın suya dalma növü üzrə çempion olduğu mərhələyə qədərki yaşantıları və böyük idmandan ayrılandan sonrakı taleyi qəfil alışıb-yanan, dərhal da sönən təsirli səhnələr fonunda qələmə alınmışdır. "Qaranlıq dolab"..."Tez gizlən, ata gəlir!"... Bunlar Jakın taleyindən qara xətt kimi keçərək həyata "vəsiqə almış" anlamlardır. Ruhuna hakim kəsilən, zehnini zəhərləyən və kabusa çevrilərək bütün həyatını izləyən bu məfhumlar, əfsus ki, onun qorxunc uşaqlığının, arzuolunmaz analı illərinin "yadigar"ıdır. Yazıçı qəhrəmanının xarakterinin açılmasına kömək kimi bir jurnalist-müxbirin – uşaqlığı, gəncliyi Reverdidən heç də "mülayim" və asan keçməyən Markın səy və bacarıqlarını, peşəsi uğrunda hansı risklərə getdiyini sadə faktlarla təsvir edir. Bu iki şəxsin sanki yaxınlaşan psixoloji durumu əsərin finalına doğru aydın səmada şimşək effekti yaradır. Onların oxşar sonluğu – əslində özlərinin heç təsəvvür də etmədiyi psixoloji uyğunluqlarının təsdiqi faktı narahat nəfəsi getdikcə daha çox duyulan "vulkan" partlayışının son nidası olur.

О книге

ИздательствоTeasPress
Год издания2022
Языкaz
ФорматыPDF
Возрастное ограничение0
ISBN978-9952-494-77-8

Частые вопросы

О чём книга «Qara yol»?
«Qara yol» — это триллеры. "...Dolabın içində qorxudan büzüşüb titrəyərkən, çətinliklə nəfəs alarkən anamın asqıdakı paltarları üzümə toxunaraq məni sanki oxşayırdı. Bu toxunuş mənə həmişə əzab verirdi. Bambuk yarpaqları da üzümə toxunanda özümü eləcə,…
Где читать или купить «Qara yol»?
Книгу можно читать или купить у партнёра ЛитРес (эл. книга). Цена у партнёра — 229 ₽. Переход — по кнопке в блоке «Где читать или купить».
Что почитать похожее на «Qara yol»?
Близкие по теме книги: «Воскресшая душа (сборник)», «Странник. Авантюрная повесть», «Терапия для янычара. Игра в догонялки». Полный список — в блоке «Похожие книги».
{# Метрика грузится только после opt-in (см. metrica.js). noscript-пиксель НЕ добавляем: без JS нет согласия → нельзя грузить аналитику. #}