Описание

Şair-publisist Rəşad Məcidin “Qələmsiz yazılanlar silsiləsində müasir dövrün yaratdığı yeni janrda əsərləri cəmləşib. Çağdaş, dinamik zamanın diktə etdiyi sürətli, lakonik, amma məna yükü dərin, bəzən ağır olan “Status-esselər müəllifin çoxillik təcrübəsinin, müşahidələrinin, gündəmə iti, bir az ironik, bir az da yumoristik reaksiyasının əksidir. On ildən çox zaman kəsiyini əhatə edən və müəllifin bu müddətdə sosial şəbəkələrdə yazdığı statuslar son dərəcə maraqla oxunur. Bu statuslarda şair Rəşad Məcidin poetik misraları da yer alıb, ictimai həyatla sıx təmasda olan, gündəmi izləyən və müəyyən mənada özü gündəm yaradan baş redaktor Rəşad Məcidin hadisələrə operativ münasibəti də... Eyni zamanda, aforizm səviyyəsində qəbul edilən fikirlər də bu silsilənin daha bir uğurudur. “Qələmsiz yazılanlar həm bütöv bir xarakteri ifadə edən bitkin bioqrafik əsərdir, həm də on illik müddətdə ölkə gündəmindən keçən hadisələrin xronikası. Silsilənin ikinci hissəsi olan “Sms-esselər bölümü isə böyük bir sevgi etirafı, yaxud ən doğma adamla dərdləşmə kimi qavranır. “Sms-esseləri yazılmamış bir romanın eskizləri də adlandırmaq olar, real insan həyatının qopuqları, parçaları da. İnsan ovqatının təzadlı məqamları – xoşbəxtlik, səadət, küskünlük, inciklik... “Sms-esselərin ruhuna hopub. Bir sözlə, “Qələmsiz yazılanlar birnəfəsə oxunur, amma hər cümlə, hər fikir xeyli düşündürür – qələm olmayan zamandan bu günə kimi bütöv insanlıq tarixi haqqında düşündürür...

О книге

ИздательствоQanun Nəşriyyat evi
Год издания2023
Языкaz
Возрастное ограничение16
ISBN9789952367041

Частые вопросы

О чём книга «QƏLƏMSİZ YAZILANLAR»?
«QƏLƏMSİZ YAZILANLAR» — это современная зарубежная литература. Şair-publisist Rəşad Məcidin “Qələmsiz yazılanlar silsiləsində müasir dövrün yaratdığı yeni janrda əsərləri cəmləşib. Çağdaş, dinamik zamanın diktə etdiyi sürətli, lakonik, amma məna yükü dərin, bəzən ağır olan “Status-esselər müəllifin…
Где читать или купить «QƏLƏMSİZ YAZILANLAR»?
Книгу можно читать или купить у партнёра ЛитРес (эл. книга). Цена у партнёра — 123 ₽. Переход — по кнопке в блоке «Где читать или купить».
Что почитать похожее на «QƏLƏMSİZ YAZILANLAR»?
Близкие по теме книги: «Басурман», «14 декабря», «Микеланджело». Полный список — в блоке «Похожие книги».