Описание

Maraqlıdır, nə üçün mən on səkkiz ildən sonra yenidən bu mətləbin üstünə qayıtmışam. Əlyazma yazıçılar, yaradıcı adamlarçın çox müqəddəsdir, əzizdir. İşıq üzü görməyən əlyazmalar bəxti, taleyi gətirməyən övlada bənzəyir. Həmişə onun haqda düşünürsən, onun donmuş taleyini götür-qoy eləyirsən. On səkkiz il bundan əvvəl yazdığım “Füzuli və füzulilər əlyazmasının da məqsədi ilk variantda başqa cürdü. İndikindən fərqli olaraq bu əlyazmanın süjet xəttini başqa cür düşünmüşdüm, tamamlayıb qurtarmışdım. Təəssüf ki, ancaq mənim özümə məlum səbəblərdən bu işi axıra çatdıra bilmədim. Qarşıma maliyyə səbəbiylə yanaşı, başqa maneələr də çıxdı. Amma ev, imarət tikən zaman üstündən bir müddət keçəndən sonra calaq və yamaq işləri görmək çətin olduğu kimi, köhnə əlyazmanın üstünə qayıtmaq, ona yeni nəfəs vermək də çətindi. Amma əvvəlki və indiki əlyazmada əsas xətt olduğu kimi qalıb – Füzuli rayonu, bu diyarın mədəniyyəti və ya yaşayış tərzi, insanları. Oxucuları çaşdırmaq istəmirəm – durum deyim ki, qədim ənənələrə, musiqi zənginliyinə və gözəl, bərəkətli torpaqlara xas bir bölgənin bütün çalarları ilə təsvir edəcəm – bunu qarşıma məqsəd qoymamışam. Bu bölgədə bütövlükdə Seyid Şuşinski ilə yanaşı İlyas Əfəndiyev, Bahadur Eyvazov, Arif Quliyev, Hətəm Quliyev, Şamama Həsənova, Ağabala Abdullayev, İslam Rzayev, Ağalar bəyin oğlu Bəylər bəyi, Anar Məmmədxanlı, kimi şəxsiyyətlər olub. Adlarını çəkdiyim adamlar bu diyarın az, cüzi bir hissəsidir.

О книге

ИздательствоQanun Nəşriyyat evi
Год издания2022
Языкaz
Возрастное ограничение16
ISBN9789952382334

Частые вопросы

О чём книга «Özümdən müsahibə götürmüşəm»?
«Özümdən müsahibə götürmüşəm» — это современная зарубежная литература. Maraqlıdır, nə üçün mən on səkkiz ildən sonra yenidən bu mətləbin üstünə qayıtmışam. Əlyazma yazıçılar, yaradıcı adamlarçın çox müqəddəsdir, əzizdir. İşıq üzü görməyən əlyazmalar bəxti, taleyi gətirməyən övlada bənzəyir. Həmişə onun haqda…
Где читать или купить «Özümdən müsahibə götürmüşəm»?
Книгу можно читать или купить у партнёра ЛитРес (эл. книга). Цена у партнёра — 103 ₽. Переход — по кнопке в блоке «Где читать или купить».
Что почитать похожее на «Özümdən müsahibə götürmüşəm»?
Близкие по теме книги: «Басурман», «14 декабря», «Микеланджело». Полный список — в блоке «Похожие книги».