Описание

Ömrünün 39 ilini 5-ci avenyudakı bir binada mexaniki liftdə çalışmağa həsr edən hindli Dipak sakinlərin ən məhrəm sirlərinə bələd olsa da, bunları gizli tutmağı da bacarır. Özünün də etiraf etdiyi kimi: “Onun iki imanı var: bunların biri hinduizmdirsə, digəri də nəzakətdir. Uzun illər öncə usta kriketçi olmasına rəğmən Dipak öz gələcək idman karyerasını daha yüksək təbəqədən olan Laliyə bəslədiyi dərin sevgiyə qurban verir, qızın ailəsinin hədə-qorxuları ucbatından gənclər okeanın o tayına – ABŞ-a qaçırlar. Ailəsini saxlamaqdan ötrü o, liftçi işləməyə razı olur və beləcə, aradan onillər keçir. Romanın ilk səhifələrində Lalinin qardaşı oğlu Sancay gənc bir iş adamı kimi Nyu-Yorka gəlir. Burada o öz layihəsi üçün sərmayədarlar axtarır. Dipakın gecə növbəsi üzrə həmkarı Rivera pilləkəndən yıxılıb, xəstəxanaya düşəndə Sancay bir neçə günlüyə onu əvəz etməyə razı olur... və xidmət etdiyi binada Kloyenin simasında özünün məsum sevgisini tapır. Tanınmış fransız yazarı Mark Levinin növbəti romanındakı digər maraqlı məqamlar əlinizdəki bu kitabda özünün həm real, həm də romantik əksini tapıb. Oxumağa dəyər! Uzun illərdən bəri həyatımın şəriki və hər anımın sevinci saydığım övladlarım, sizə həsr edirəm.

О книге

ИздательствоQanun Nəşriyyat evi
Год издания2023
Языкaz
Возрастное ограничение16
ISBN9789952369090

Частые вопросы

О чём книга «ONUN KİMİ BİR QADIN»?
«ONUN KİMİ BİR QADIN» — это современная зарубежная литература. Ömrünün 39 ilini 5-ci avenyudakı bir binada mexaniki liftdə çalışmağa həsr edən hindli Dipak sakinlərin ən məhrəm sirlərinə bələd olsa da, bunları gizli tutmağı da bacarır. Özünün də etiraf etdiyi kimi: “Onun iki imanı var: bunların biri…
Где читать или купить «ONUN KİMİ BİR QADIN»?
Книгу можно читать или купить у партнёра ЛитРес (эл. книга). Цена у партнёра — 307 ₽. Переход — по кнопке в блоке «Где читать или купить».
Что почитать похожее на «ONUN KİMİ BİR QADIN»?
Близкие по теме книги: «Басурман», «14 декабря», «Микеланджело». Полный список — в блоке «Похожие книги».