Описание

"Hekayənin baş qəhrəmanı Gerasim ürəyitəmiz, işləməkdən yorulmayan, cüssəli bədəninə baxmayaraq, kövrək qəlbli bir insandır. Ətrafındakı adamların yalanları, riyakarlığı onu həyatdan soyudub, heç kəslə yola gedə bilmir. Amma içindəki işıq həyatının tamamilə qaralmasına imkan vermir. Üzləşdiyi xoş bir hadisə nəticəsində sanki yenidən doğulur. Belə ki, günlərin bir günü suda boğulan bir iti – Mumunu xilas edir. Mumu onun ən sadiq dostuna və sirdaşına çevrilir, beləcə, Gerasimin eybəcərliklərdən, günahlardan qoruyub saxladığı dünyasında yenidən günəş doğur. Bu hekayədə təhkimçilik qanununun insanları kölələşdirməsi, onların hətta öz şəxsi qərarlarını belə verə bilməməsi, ağrısı heç cür səngiməyən yara misalındadır. Gerasim də bu boyunduruqdan əziyyət çəkir. Amma onun yarası daha dərindir, çünki qəlbi korlanmayıb, safdır, bir iti öz canı qədər sevə biləcək ürəyə sahibdir. Ancaq belə sevginin bədəli də ağır olur... Klassik rus ədəbiyyatının ən təsirli hekayələrindən biri, şübhəsiz, Turgenevin misilsiz “Mumu əsəridir. Həcmcə o qədər böyük olmasa da, Turgenev Rusiyanın böyük bir tarixi dövrünü və onun çatışmazlıqlarını bədii müstəvidə təqdim edir."

О книге

ИздательствоАвтор
Год издания2024
Языкaz
ФорматыPDF
Возрастное ограничение0
ISBN9789952525588

Частые вопросы

О чём книга «Mumu»?
«Mumu» — это классическая проза. "Hekayənin baş qəhrəmanı Gerasim ürəyitəmiz, işləməkdən yorulmayan, cüssəli bədəninə baxmayaraq, kövrək qəlbli bir insandır. Ətrafındakı adamların yalanları, riyakarlığı onu həyatdan soyudub, heç kəslə yola gedə bilmir. Amma içindəki işıq…
Где читать или купить «Mumu»?
Книгу можно читать или купить у партнёра ЛитРес (эл. книга). Цена у партнёра — 125 ₽. Переход — по кнопке в блоке «Где читать или купить».
Что почитать похожее на «Mumu»?
Близкие по теме книги: «Beyond The City», «The Parasite», «Западня». Полный список — в блоке «Похожие книги».