Описание

Roy Yakobsen Skandinaviya ədəbiyyatının canlı klassiki hesab edilir. Bir çox ədəbi mükafatlara layiq görülüb. İyirmidən çox romanın müəllifidir. İncə psixologizmlə yazılmış “Möcüzə uşaq romanı bir ailə dramıdır. 20-dən çox dilə tərcümə olunub. Kitab birnəfəsə oxunur və adamı keçən əsrin 60-cı illərinə aparır. Bu elə bir dövr idi ki, qadınlar daha çox evdar idi, ailələrdə çox vaxt hər iki valideyn olurdu, Norveçdə ilk neft pulları gəlməyə başlamışdı, ilk dəfə beşmərtəbəli evlər tikilirdi, evlərə təzəcə dəbdəbə və zənginlik, mebelli divarlar, divar kağızları və televizor gəlirdi. Bir ailənin dramı qlobal hadisələr, 60-cı illərin mənzərəsi fonunda göstərilir – Con Kennedinin qətli, Qəraib böhranı, Berlin divarının tikilməsi, Yuri Qaqarinin uçuşu. Əsərin qəhrəmanı ağıllı və tərbiyəli Finn adlı oğlandır. Sinifdə ən yaxşı şagird olan Finn həm də nadinc, amma əlaçıdır, yaxşı mütaliəsi, möhkəm yaddaşı var. O xoşbəxtdir, onu anası böyüdür, çünki kran maşinisti olan atası onları atıb gedib, sonra da qəzaya düşüb, ölüb. Finn öz hekayəsini danışır. Danışdıqca adam gülmək və ağlamaq istəyir... Payızda onlar evlərinin bir otağını kirayəyə verirlər. Finn bu kirayənişinə təzəcə öyrəşir ki, onların həyatında başqa bir dəyişiklik baş verir. Finnin ögey bacısı, kran maşinistinin başqa bir qadından olan qızı evlərinə gəlir. Onun əlindəki kiçik çamadanda “bomba var. Tezliklə partlayacaq bomba... Xəyanət, sədaqət və sevgi haqqında olan bu hekayət beləcə başlanır.

О книге

ИздательствоQanun Nəşriyyat evi
Год издания2022
Языкaz
Возрастное ограничение0
ISBN9789952361254

Частые вопросы

О чём книга «MÖCÜZƏ UŞAQ»?
«MÖCÜZƏ UŞAQ» — это современная зарубежная литература. Roy Yakobsen Skandinaviya ədəbiyyatının canlı klassiki hesab edilir. Bir çox ədəbi mükafatlara layiq görülüb. İyirmidən çox romanın müəllifidir. İncə psixologizmlə yazılmış “Möcüzə uşaq romanı bir ailə dramıdır. 20-dən çox dilə tərcümə…
Где читать или купить «MÖCÜZƏ UŞAQ»?
Книгу можно читать или купить у партнёра ЛитРес (эл. книга). Цена у партнёра — 103 ₽. Переход — по кнопке в блоке «Где читать или купить».
Что почитать похожее на «MÖCÜZƏ UŞAQ»?
Близкие по теме книги: «Басурман», «14 декабря», «Микеланджело». Полный список — в блоке «Похожие книги».
{# Метрика грузится только после opt-in (см. metrica.js). noscript-пиксель НЕ добавляем: без JS нет согласия → нельзя грузить аналитику. #}