Описание

«Min bir gecə» nağılları şifahi xalq ədəbiyyatının ən monumental abidələrindəndir. Bu nağıllar xalqın «şirin xəyalların cazibəsinə» uymaq arzularının, Şərq xalqlarının – ərəblərin, farsların, hindlilərin təmtəraqlı təxəyyül coşqunluğunun sərbəst söz oyunu ilə son dərəcədə mükəmməl ifadəsidir. Sözlərdən toxunan bu abidə çox qədimdən yaranmışdır, onun rəngarəng ipək sapları dünyaya uzanaraq öz əsrarəngiz söz xalısını bütün Yer kürəsinin üzərinə sərmişdir. Sonra da Şəhrizad padşaha dedi: «Padşah sağ olsun, amma iki vəzirlə Ənis əl-Calisin nağılı tacirlə uşaqlarının hekayətindən təəccüblü deyildir». Onda Şəhriyar soruşdu: «Bəs həmin əhvalat necə olub?» Şəhrizad əhvalatı danışmağa başlayıb dedi: «Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, qədim zamanlarda, köhnə əyyamda bir dövlətli tacir var idi. Onun Qənim ibn Əyyub adında bir oğlu var idi. Bu oğlan on dörd gecəlik ay kimi gözəl, şirindilli, həm də məhəbbət əsiri idi, bir qıza aşiq olmuşdu. Qənimin gözəllikdə tayı-bərabəri olmayan Fitnə adlı bir bacısı da var idi. Günlərin bir günü tacir rəhmətə getdi, çoxlu pulu, mal-dövləti uşaqlarına qaldı. Şəhrizad bu yerdə səhərin açıldığını görüb nağılı yarımçıq qoydu.

О книге

ИздательствоQanun Nəşriyyat evi
Год издания2023
Языкaz
Возрастное ограничение16
ISBN9789952368864

Частые вопросы

О чём книга «Min bir gecə»?
«Min bir gecə» — это классическая проза. «Min bir gecə» nağılları şifahi xalq ədəbiyyatının ən monumental abidələrindəndir. Bu nağıllar xalqın «şirin xəyalların cazibəsinə» uymaq arzularının, Şərq xalqlarının – ərəblərin, farsların, hindlilərin təmtəraqlı təxəyyül coşqunluğunun…
Где читать или купить «Min bir gecə»?
Книгу можно читать или купить у партнёра ЛитРес (эл. книга). Цена у партнёра — 295 ₽. Переход — по кнопке в блоке «Где читать или купить».
Что почитать похожее на «Min bir gecə»?
Близкие по теме книги: «Beyond The City», «The Parasite», «Западня». Полный список — в блоке «Похожие книги».
{# Метрика грузится только после opt-in (см. metrica.js). noscript-пиксель НЕ добавляем: без JS нет согласия → нельзя грузить аналитику. #}