Описание

Kabinetimdə oturmuşdum. İcarə pulunu ödəmək vaxtı çatmışdı. Buna görə də Makkelvi məni köçürməyə çalışırdı. İçəridə nəfəskəsən isti vardı. Kondisioner işləmirdi. Hardansa gəlib stolun üzərinə qonmuş milçək iməkləyə-iməkləyə gəzirdi. Əlimi yelləyib milçəyi ovcumla əzdim. Xatirə qoyub getdiyi cəsəd izlərini balağıma sürtüb təmizlədim. Elə bu anda telefon zırıldadı. Dəstəyi qaldırdım. - Eşidirəm. - Lui-Ferdinand Selinin əsərlərini oxumusunuz? – qadın soruşdu. Çılğın səsi vardı. Neçə illər idi, qadınlarla münasibətdə deyildim. - Hmm-m, - dedim, - Selin... - Mən Selini axtarıram, - qadın dedi. – O, mənə lazımdır. Səsinin çılğınlığı ona olan marağımı artırdı. - Selin? – mən soruşdum. – Onun haqqında nəsə bir məlumat verin. Xanım, susmayın, danışın görüm... - Şalvarınızın miyançasını bağlayın. Şalvarıma baxdım. - Hardan bildiniz qabağı açıqdır? – soruşdum. - İzahata ehtiyac duymuram. Mənə Selin lazımdır. - O, ölüb axı... - Xeyr, ölməyib. Onu tapın. Mənə lazımdır. - Əgər yalnız meyidinə məxsus sümükləri tapsam, onda necə? - Ay səfeh, gicləmə, Selin yaşayır. - Harda yaşayır? - Hollivudda. Qulağıma çatan məlumatlara görə, Red Koldovskiyə məxsus kitab mağazasının həndəvərində dolaşır. - Elə isə, özünüz niyə tapmırsınız? - Həmin adamın Selin olmasına əmin deyiləm. Heç olmasa, bunu bilmək lazımdır. - Şəhərdə yüzlərlə dedektiv ola-ola, mənə niyə müraciət edirsiniz ki? - Con Barton məsləhət gördü. - Hə, Barton, deyirəm axı. Qulaq asın. Pulu qabaqcadan ödəməlisiniz. Sizinlə şəxsən görüşməliyəm. - Bir neçə dəqiqədən sonra sizdə olacam, - o, dedi. Dəstəyi asdı. Şalvarımın qabağını bağlayıb, onu gözlədim.

О книге

ИздательствоAudioKitab
Год издания2023
Языкaz
ФорматыMP3, M4B
Возрастное ограничение0

Частые вопросы

О чём книга «Makulatura»?
«Makulatura» — это классическая проза. Kabinetimdə oturmuşdum. İcarə pulunu ödəmək vaxtı çatmışdı. Buna görə də Makkelvi məni köçürməyə çalışırdı. İçəridə nəfəskəsən isti vardı. Kondisioner işləmirdi. Hardansa gəlib stolun üzərinə qonmuş milçək iməkləyə-iməkləyə gəzirdi. Əlimi…
Где читать или купить «Makulatura»?
Книгу можно читать или купить у партнёра ЛитРес (аудиокнига). Цена у партнёра — 114 ₽. Переход — по кнопке в блоке «Где читать или купить».
Что почитать похожее на «Makulatura»?
Близкие по теме книги: «Beyond The City», «The Parasite», «Западня». Полный список — в блоке «Похожие книги».
{# Метрика грузится только после opt-in (см. metrica.js). noscript-пиксель НЕ добавляем: без JS нет согласия → нельзя грузить аналитику. #}