Описание

Mən, Həsən ibn Məhəmməd əl-Vəzzan, Yohannes-Leon du Mediçi dəlləyin əliylə sünnət olunmuşam, papalardan birinin əliylə də xaç suyuna çəkilmişəm, indi mənə “Afrikalı deyirlər, ancaq mən nə İfriqiyyə1dən, nə Avropadan, nə də Ərəbistandanam. Mən həm də qərnatalı, fəsli, zəyyatlı2 kimi tanınıram, ancaq mən heç bir ölkədən, heç bir şəhərdən və ya heç bir qəbilədən çıxmamışam. Mən yol oğluyam, Vətənim – karvan, ömrümsə, gözlənilən ən qısa mənzilbaşıdır. Qollarım zaman-zaman ipək xışıltısını, yun yumşaqlığını da görüb, əmirlərin qızılını və qulların qandallarını da. Barmaqlarım minlərlə örtükləri qaldırıb, dodaqlarım minlərlə üzrxahlıqdan xəcalət qırmızısına boyanıb, gözlərim şəhərlərin süqutunun və imperiyaların faniliyinin şahidi olub. Mənim ağzımdan ərəbcə, türkcə, quştalca3, bərbərcə4, ibranicə, latınca və italyan danışıq dili5 eşidərsən, zira, bütün dillər və dualar mənim üçün əlçatandır, ancaq mən onların heç birinə mənsub deyiləm. Mən Allahın və torpağınam, bu yaxınlarda o ikisinin hüzuruna da qayıdacağam6. Övladım, məndən sonra sən qalacaqsan, hələ xatirəmi yaşadacaqsan, kitablarımı oxuyacaqsan. Kitablarımda bu mənzərənin şahidi olacaqsan: atan onu Afrika sahilinə qaytaran gəminin göyərtəsində neapollu qiyafəsində oturub, başı yazı-pozuya qarışıb, elə bil ki, uzun dəniz səyahətindən sonra tacir hesablarının siyahısını hazırlayır, gəlir-çıxarını hesablayır. Mənim elədiyim də təxminən bunun kimi deyilmi: nəyi qazanıb, nəyi itirmişəm, Ulu Hakimin dərgahında nə üzlə cavab verəcəyəm? Mənə 40 il ömür borc verdi, onu da yollarda xərclədim. Romada hikməti, Qahirədə ehtirası, Fəsdə kədəri yaşamışam. Ancaq hələ də Qərnata7da bakiranə və məsumanə yaşayıram.

О книге

ИздательствоQanun Nəşriyyat evi
Год издания2022
Языкaz
Возрастное ограничение0
ISBN9789952268805

Частые вопросы

О чём книга «LEON AFRİKALI»?
«LEON AFRİKALI» — это исторические приключения. Mən, Həsən ibn Məhəmməd əl-Vəzzan, Yohannes-Leon du Mediçi dəlləyin əliylə sünnət olunmuşam, papalardan birinin əliylə də xaç suyuna çəkilmişəm, indi mənə “Afrikalı deyirlər, ancaq mən nə İfriqiyyə1dən, nə Avropadan, nə də Ərəbistandanam.…
Где читать или купить «LEON AFRİKALI»?
Книгу можно читать или купить у партнёра ЛитРес (эл. книга). Цена у партнёра — 103 ₽. Переход — по кнопке в блоке «Где читать или купить».
Что почитать похожее на «LEON AFRİKALI»?
Близкие по теме книги: «Две Дианы», «Учитель фехтования», «Королева Марго». Полный список — в блоке «Похожие книги».
{# Метрика грузится только после opt-in (см. metrica.js). noscript-пиксель НЕ добавляем: без JS нет согласия → нельзя грузить аналитику. #}