Описание

Kitabda Renesans dövrü qabaqcıl fransız mədəniyyətinin humanist və azadlıqsevərlik ideyaları öz parlaq əksini tapmışdır. Bədii-fəlsəfi janrda yazılan bu əsərdə Monten keçmişin və yaşadığı dövrün tarixi faktları ilə bağlı düşüncələrini və müəyyən ictimai mövqeyə məxsus olan insanlarla bağlı apardığı müşahidələri oxucularla bölüşür. Cəhalətə, dini fanatizmə qarşı çıxan yazıçı dövrünün bir sıra qayda-qanunlarını çox səmimi bir dillə tənqid edir. Skeptisizm, zərif fransız yumoru, həqiqilik əsərin diqqətçəkən məziyyətlərindəndir. Böyük fransız yazıçısı və filosofu Mişel Monten 28 fevral 1533-ci ildə anadan olub. Bir zamanlar Bordonun meri olan atası Pyer Eykem İtaliya ilə müharibələrdə iştirak edir, “de Monten zadəgan tituluna layiq görülür. Anası Antuanetta de Lopez Araqonda məskunlaşan yəhudi ailəsindən idi. Uşaqlıqdan yaxşı təhsil almış Mişel Monten Tuluza Universitetini bitirdikdən sonra 21 yaşında məhkəmədə vəzifə alır. 1572-ci ildə 38 yaşında ikən üç kitabdan ibarət “Təcrübələr əsərini yazmağa başlayır. İlk iki kitab 1580-ci ildə işıq üzü görür. 1580-1581-ci illərdə yazıçı İsveçrə, Almaniya, Avstriya və İtaliyaya səyahətə çıxır. Səyahət zamanı qələmə aldığı “Yol qeydləri yalnız 1774-cü ildə çap olunur. Mişel Monten iki dəfə Bordonun meri seçilir. Esse yaradıcısı sayılan yazıçı 13 sentyabr 1592-ci ildə vəfat edir.

О книге

ИздательствоQanun Nəşriyyat evi
Год издания2022
Языкaz
Возрастное ограничение0
ISBN9789952266993

Частые вопросы

О чём книга «LƏYAQƏTLƏ YAŞAMAQ QABİLİYYƏTİ HAQQINDA»?
«LƏYAQƏTLƏ YAŞAMAQ QABİLİYYƏTİ HAQQINDA» — это современная зарубежная литература. Kitabda Renesans dövrü qabaqcıl fransız mədəniyyətinin humanist və azadlıqsevərlik ideyaları öz parlaq əksini tapmışdır. Bədii-fəlsəfi janrda yazılan bu əsərdə Monten keçmişin və yaşadığı dövrün tarixi faktları ilə bağlı düşüncələrini və…
Где читать или купить «LƏYAQƏTLƏ YAŞAMAQ QABİLİYYƏTİ HAQQINDA»?
Книгу можно читать или купить у партнёра ЛитРес (эл. книга). Цена у партнёра — 74 ₽. Переход — по кнопке в блоке «Где читать или купить».
Что почитать похожее на «LƏYAQƏTLƏ YAŞAMAQ QABİLİYYƏTİ HAQQINDA»?
Близкие по теме книги: «Басурман», «14 декабря», «Микеланджело». Полный список — в блоке «Похожие книги».