Описание

İlk yazmağa başladığım günü düşünürəm. Həyata gecikdiyimi düşünmüşdüm. İkincini qələmə alan zaman psixoloji bir dram içindəydim. Üçüncünün ərsəyə gəlməsi hərbi xidmətimin təsirində qaldığım müddəti əhatə edirdi. Onlar olmasaydı, təşəbbüs də olmazdı. Əlinizdə tutduğunuz bu kitab isə digərlərindən fərqli olaraq daha gözəl bir dünya naminə, xətrinə xəstə misalı, içində hamımıza ehtiva edən böyük bir komadır. Haradan baxsanız, on il var ki qələmlə dərdləşir və bir şey yazmağa çalışıram. Varlıq kimi yoxluqlar da bu həyatdan bizə ərməğandır. Məhz bu səbəbdən də qazanclarımın olduğu kimi son on il müddətində, eyni zamanda bir çox şeyin yoxluğunu çəkdim. Hərçənd heç zaman düşüncə yoxluğu yaşamadım, yaşamın düşüncəsiz var olmayacağına inandım. Həyatımın hər bir hissəsində var olmağıma səbəb olan düşüncələrim mənimlə idi. Düşündükcə böyüdüm və böyüdükcə dünyaya baxışım dəyişdi. Mən dəyişdikcə də ətrafımı dəyişdirməyə davam etdim. Beləcə gördüm ki, gələcək düşüncələrimlə formalaşır. Dəyişmək gözəl idi, amma dəyişməyən ən gözəl şey qələmimə istiqamət verən sevgi idi. Bu, bir sevgi, bu, bir dəyişim, bu, bir dünya hekayəsidir. Bu, gənc bir yazarın içində yaşadığı “Komadır (komadır). Hər köşədə bir az mən, bir az sən, bir az biz varıq. Bəyəm varlığımız ən böyük xəzinəmiz deyilmi? Not: Özünü həqiqətə və yalana çox yaxın hiss edəcəksən. Əgər həqiqətləri öyrənəcək qədər cəsur, yalanlarla yaşayacaq qədər cahil deyilsənsə, gəl, amma unutma ki, yalnız hazır olduğunda dərk etməyə başlayacaqsan, çünki yalanlarla yaşamağa öyrəşmiş biri üçün həqiqət əhəmiyyətsizdir. Dalğaları yalnız dənizdə görürsənsə, bütün bildiklərini unut, çünki kainat konkretliyə tərs mütənasib olmaqla mücərrədliyə mütənasibdir.

О книге

ИздательствоQanun Nəşriyyat evi
Год издания2022
Языкaz
Возрастное ограничение16
ISBN9789952381504

Частые вопросы

О чём книга «Koma»?
«Koma» — это современная зарубежная литература. İlk yazmağa başladığım günü düşünürəm. Həyata gecikdiyimi düşünmüşdüm. İkincini qələmə alan zaman psixoloji bir dram içindəydim. Üçüncünün ərsəyə gəlməsi hərbi xidmətimin təsirində qaldığım müddəti əhatə edirdi. Onlar olmasaydı, təşəbbüs…
Где читать или купить «Koma»?
Книгу можно читать или купить у партнёра ЛитРес (эл. книга). Цена у партнёра — 147 ₽. Переход — по кнопке в блоке «Где читать или купить».
Что почитать похожее на «Koma»?
Близкие по теме книги: «Басурман», «14 декабря», «Микеланджело». Полный список — в блоке «Похожие книги».
{# Метрика грузится только после opt-in (см. metrica.js). noscript-пиксель НЕ добавляем: без JS нет согласия → нельзя грузить аналитику. #}