Описание

Müharibə mövzusu nə qədər ağır olsa da, dünya ədəbiyyatında ən çox işlənmiş mövzulardan biridir. İnsan həyatının dəyəri bir güllənin qiymətinə düşəndən sonra bütün digər dəyərlərin məhv olması labüddür, çünki bütün dəyərlərin başında ilk öncə İNSAN dayanır. Markus Zusak “Kitab oğrusunu ölümün dilindən səsləndirir. Hamının qəbul etdiyi yeganə gerçəklik – ölüm insanlara mənəvi dəyərləri aşılamağa çalışır. “Mən onları qucağıma alıb daşıdığım zaman göylər qırmızı rəngə boyanmışdı... Bütün əsər boyu biz ölümün rənglər vasitəsilə fikrini izah etməyə çalışdığının şahidi oluruq. Cansıxıcı mənzərələr müharibə ovqatını əsərin sonuna qədər bizim içimizdə saxlayır. Bütün bu dağıdıcı qüvvənin qarşısında cılız bir alman qızcığazı – Lizel dayanıb. O, kitab oğrusudur. İnsan maskası taxmış vəhşilər insan həyatını oğurlayan zaman bu qızcığaz onların evindən kitab oğurlayır. Müəllifin nə söyləmək istədiyini anlamaq o qədər də çətin deyil. Qlobal cinayətin qarşısını almaq üçün “sözə ehtiyac var. Söz olan yerdə əməl də olacaqdır. Bəlkə də, çox gec olacaq, ancaq mütləq olacaqdır. Qaranlıq əzab tunelinin sonunda hər zaman bir işıq var. Müəllif bu işığa çatmaq üçün cəhalət tonqalından oğurlanmış kitabı uşağın qucağına sıxır. Nəticədə Lizel, cılız bədənli kitab oğrusu əsərin ortasından qırmızı xətt kimi keçərək ölümün oğrusuna çevrilir.

О книге

ИздательствоQanun Nəşriyyat evi
Год издания2023
Языкaz
Возрастное ограничение16
ISBN9789952364651

Частые вопросы

О чём книга «Kitab oğrusu»?
«Kitab oğrusu» — это современная зарубежная литература. Müharibə mövzusu nə qədər ağır olsa da, dünya ədəbiyyatında ən çox işlənmiş mövzulardan biridir. İnsan həyatının dəyəri bir güllənin qiymətinə düşəndən sonra bütün digər dəyərlərin məhv olması labüddür, çünki bütün dəyərlərin başında ilk…
Где читать или купить «Kitab oğrusu»?
Книгу можно читать или купить у партнёра ЛитРес (эл. книга). Цена у партнёра — 344 ₽. Переход — по кнопке в блоке «Где читать или купить».
Что почитать похожее на «Kitab oğrusu»?
Близкие по теме книги: «Басурман», «14 декабря», «Микеланджело». Полный список — в блоке «Похожие книги».
{# Метрика грузится только после opt-in (см. metrica.js). noscript-пиксель НЕ добавляем: без JS нет согласия → нельзя грузить аналитику. #}