Описание

Çox səsli roman janrında yazılan “Hərflərin vahiməsinin mövzusu XX əsrdən üzü bəri bir-birini izləyən modern romanların bəhs etdiyi iqtidar-sənət qarşıdurmasıdır. Bu, əslində, güc olanla estetik olanın konfliktidir. Müəllifin məqsədi iqtidar gücünün ona qarşı müxalif olan sənəti öz nəzarətində saxlamaq üçün hansı bürokratik oyun qaydalarını işə saldığını və bu oyunun iştirakçısına çevrilən sənət adamının hansı faciələrlə üzləşdiyini göstərməkdir. İqtidarın ideoloji maraqlarından doğan himayədarlıq təklifinə özünün acınacaqlı ehtiyaclarının dili ilə cavab verən yazar, öz timsalında sənətin ürək həqiqətini həyatın çörək həqiqətinə qurban verdiyinin fərqində. O, seçim qarşısındadır; ya məşəqqətli, amma yaradıcı azadlıq, ya da gücün himayəsinə sığınan qısır və tox rahatlıq. Romanın qəhrəmanı mənsub olduğu cəmiyyətin fikrini öyrənmək istəyir. Artıq əxlaqi aşınmaya uğradılmış cəmiyyət ona aşağılayıcı bir dillə ikincini seçməyi, yəni azadlığını rahatlığına qurban verməyi məsləhət görür. Fərd və cəmiyyət dialoqu fərdin məğlub olması ilə başa çatır. Beləliklə, siyasət oyuna çəkdiyi sənəti neytrallaşdırır, onu bir heçə çevirir. Söz çörəyə, gözəllik gücə yenilir. Zəncirini qırmış fərd öz mağarasına geri qayıdır, lakin o, artıq burada heç kimə lazım deyil. Vladimir: (zəfər qazanmıscasına) Qodotdur bu! Axır ki gəlib çıxdı! Qoqo! Qodotdur bu! Qurtulduq! Semuel Bekket “Qodotu gözləyərkən

О книге

ИздательствоQanun Nəşriyyat evi
Год издания2022
Языкaz
Возрастное ограничение16
ISBN9789952381689

Частые вопросы

О чём книга «Hərflərin vahiməsi»?
«Hərflərin vahiməsi» — это современная зарубежная литература. Çox səsli roman janrında yazılan “Hərflərin vahiməsinin mövzusu XX əsrdən üzü bəri bir-birini izləyən modern romanların bəhs etdiyi iqtidar-sənət qarşıdurmasıdır. Bu, əslində, güc olanla estetik olanın konfliktidir. Müəllifin məqsədi…
Где читать или купить «Hərflərin vahiməsi»?
Книгу можно читать или купить у партнёра ЛитРес (эл. книга). Цена у партнёра — 103 ₽. Переход — по кнопке в блоке «Где читать или купить».
Что почитать похожее на «Hərflərin vahiməsi»?
Близкие по теме книги: «Басурман», «14 декабря», «Микеланджело». Полный список — в блоке «Похожие книги».