Описание

Bu əsərin maraqlı taleyi var, belə ki, əvvəlcə “Rubaşov adlı alman dilində olan əlyazması itkin düşür. Xoşbəxtlikdən onda “Günorta çağı zülmət adlanan ingiliscəyə tərcümə olunmuş versiyası hazır idi. Fransızca bu əsər “Sıfır və sonsuzluq adı ilə məşhurdur, əlinizdə tutduğunuz bu kitab isə ruscadan (“Слепщая тыма) tərcümə olunduğu üçün adı eynilə saxlanılıb. Artur Köstler (1905-1983) çətin, faciəvi çalarlarla dolu ömür yaşayıb. Milliyyətcə yahudi olan Köstler Budapeştdə doğulub, uşaqlıq və gənclik illərini Macarıstan, Avstriya və Almaniyada keçirib. Jurnalist kimi Avropa məşhurluğunu hələ gənc ikən əldə edib: 1926-29-cu illər arası alman nəşrlər birliyi “Ulştaynın Yaxın Şərqdəki müxbiri olaraq çalışır, 1929-30-cu illər arası isə Parijdə işləyir. Köstler 1931-ci ildə “Qraf Çeppelin dirijablında Şimal qütbünə səyahət edən yeganə avropalı jurnalistdir. Yazıçı 1930-cu illərin ortalarında Mərkəzi Asiyaya, Sovetlər İttifaqına, eləcə də Azərbaycana uzunmüddətli səfər edir. Artur Köstlerin uzun illər qabaq yazılmış “Gözqamaşdırıcı zülmət romanı elə bu gün üçün də böyük maraq kəsb edir. Roman Sovet İttifaqı ölkələrinin daxili həyatının xaricdə necə qəbul olunduğuna, sosialist ölkələri və yeganə dünyəvi kommunist hərəkatının Stalin terroru nəticəsində yaranan beynəlxalq imicinə ətraflı işıq salır, bu rejimin iç üzünü göstərir.

О книге

ИздательствоHədəf nəşrləri
Год издания2022
Языкaz
ФорматыFB2.ZIP, TXT, TXT.ZIP, RTF.ZIP, A4.PDF, A6.PDF, MOBI.PRC, EPUB, IOS.EPUB, FB3
Возрастное ограничение0

Частые вопросы

О чём книга «Gözqamaşdırıcı zülmət»?
«Gözqamaşdırıcı zülmət» — это современная зарубежная литература. Bu əsərin maraqlı taleyi var, belə ki, əvvəlcə “Rubaşov adlı alman dilində olan əlyazması itkin düşür. Xoşbəxtlikdən onda “Günorta çağı zülmət adlanan ingiliscəyə tərcümə olunmuş versiyası hazır idi. Fransızca bu əsər “Sıfır və sonsuzluq…
Где читать или купить «Gözqamaşdırıcı zülmət»?
Книгу можно читать или купить у партнёра ЛитРес (эл. книга). Цена у партнёра — 113 ₽. Переход — по кнопке в блоке «Где читать или купить».
Что почитать похожее на «Gözqamaşdırıcı zülmət»?
Близкие по теме книги: «Басурман», «14 декабря», «Микеланджело». Полный список — в блоке «Похожие книги».