Описание

“Gənclik romanındakı Kutzee obrazı xoşagəlməz, hətta əxlaqsız bir insan kimi üçüncü şəxsin dilindən təsvir olunur. Romanda ondan özünənifrət və ambisiyalar arasında çırpınan insan kimi bəhs olunur. İlk baxışdan bu roman Tolstoyun “Gənclikini xatırladır. Tolstoy da Kutzee kimi özünü ifşa edir. Oxucu bu avtobioqrafik əsərdə, doğrudan da, gəncliyi tapır. Lakin bu romanda təsvir olunanlar bədii əsərlərdə əksini tapan ənənəvi sevinc dolu, nəşəli gənclikdən çox uzaqdır. Kutzeenin qələmə aldığı gənclik həqiqətə daha yaxındır. Romanın əsas qəhrəmanı – Conu narahat edən mövzular barədə bütün insanlar həyatlarında bir dəfə də olsa, düşünüblər, məsələn, doğulduğun yerdən qaçmaq arzusu, nəyi səhv etdiyi barədə bitib-tükənməz suallar, iki ali təhsilə rəğmən münasib iş tapa bilməyin nigaranlığı. Kutzee bu əsərində də son dərəcə amansızdır: o, heç nədən çəkinmədən “gəncliyin mübarizəsinin real mənzərəsini yaradır. Baş qəhrəman öz yöndəmsizliyindən qurtulub cazibədar bir insana çevrilə bilmir, lakin Kutzee nə etməli olduqları barədə heç bir təsəvvürləri olmayan, həyatlarını ədəbiyyata həsr edən gənclərin tərəddüdlərini və qarşısında dayandıqları dilemmanı ustalıqla təsvir edə bilir. Con Maksvell Kutzeenin «Gənclik» romanında 1959-cu ildən 1964-cü ilə qədər olan dövr və Kutzeenin Londondakı həyatından bəhs edilir. Bu əsər, nəhayət ki, oxucuya müəllif barədə məlumat verə, yazıçının özünü işıqlandırması hesab oluna bilərdi. Lakin «Gənclik»i «bədii nəsr əsəri» kimi təqdim etməklə Kutzee yenə də oxucunu çaşdırır.

О книге

ИздательствоQanun Nəşriyyat evi
Год издания2022
Языкaz
Возрастное ограничение0
ISBN9789952267303

Частые вопросы

О чём книга «GƏNCLİK»?
«GƏNCLİK» — это современная зарубежная литература. “Gənclik romanındakı Kutzee obrazı xoşagəlməz, hətta əxlaqsız bir insan kimi üçüncü şəxsin dilindən təsvir olunur. Romanda ondan özünənifrət və ambisiyalar arasında çırpınan insan kimi bəhs olunur. İlk baxışdan bu roman Tolstoyun…
Где читать или купить «GƏNCLİK»?
Книгу можно читать или купить у партнёра ЛитРес (эл. книга). Цена у партнёра — 103 ₽. Переход — по кнопке в блоке «Где читать или купить».
Что почитать похожее на «GƏNCLİK»?
Близкие по теме книги: «Басурман», «14 декабря», «Микеланджело». Полный список — в блоке «Похожие книги».
{# Метрика грузится только после opt-in (см. metrica.js). noscript-пиксель НЕ добавляем: без JS нет согласия → нельзя грузить аналитику. #}