0+Evini də sahmana sal, həyatını da
Где читать или купить
Описание
Səliqə-sahman üzrə tanınmış yapon məsləhətçisi, bu işin mahir bilicisi Mari Kondonun “Səliqə-sahmanın həyatımızı dəyişən möcüzəsi kitabı bütün dünyada insanların həyatında və evlərində əsl inqilab yaratdı. İndi isə “Evini də sahmana sal, həyatını da adlı bu master-klass vəsaitində müəllif “KonMari metodunu ətraflı şəkildə və illüstrasiyalarla təsvir edir, əşyaların kateqoriyalar üzrə saf-çürük edilməsi, köynəklərdən başlamış corablara qədər bütün paltarların qatlanması və onların, həmçinin digər əşyaların siyirmə və rəflərə yerləşdirilməsi üsullarını izah edir. Mari Kondo bu kitabında həm də tez-tez verilən sualları cavablandırır, o cümlədən “çox vacib, lakin sevinc bəxş etməyən əşyalarla bağlı məsləhətlər verir. Bu hərtərəfli master-klass vəsaiti mətbəx avadanlıqları, təmizlik ləvazimatları, hobbi əşyaları və rəqəmsal fotoşəkillər də daxil olmaqla, hər şeylə bağlı dəyərli tövsiyələr sayəsində evinizi də sahmana salacaq, həyatınızı da...
О книге
| Издательство | TeasPress |
|---|---|
| Год издания | 2022 |
| Язык | az |
| Форматы | |
| Возрастное ограничение | 0 |
| ISBN | 978-9952-532-28-9 |





