Описание

Bu sinifdə qədim və zəngin ədəbiyyatımızı tarixi-xronoloji ardıcıllıqla öyrənəcəksiniz. Başqa sözlə, araşdırma aparmaqla söz sənətimizin müxtəlif tarixi dönəmlərdə inkişafı və görkəmli nümayəndələrinin yaradıcılığı barədə yeni bilik və bacarıqlara yiyələnəcəksiniz. Araşdıracağınız problem və suallarla bağlı dərslikdə geniş məlumat verilməmişdir. Bu yığcam məlumatları hər mövzu üzrə göstərilmiş mənbələrdən əldə etdiklərinizlə zənginləşdirəcək və tamamlayacaqsınız. Həmin mənbələrin sırasında göstərilmiş elektron vəsait sizin üçün hazırlanmışdır. Öyrənəcəyiniz mövzularla bağlı oradakı məlumatı mənimsəməyiniz digər mənbələrlə işinizi asanlaşdıracaqdır. Bu mənbələr Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə latın qrafikası ilə nəşr olunaraq ölkəmizin bütün kitabxanalarına yayılmış kitablardan seçilmişdir. Mənbə qismində göstərilən kitabların dili aydın, məzmunu anlaşıqlı olduğu üçün onlardan istifadə edərkən çətinlik çəkməyəcəksiniz. Müxtəlif mənbələrdəki məlumatları öyrənmək, təhlil və müqayisə etmək, ümumiləşdirmə aparmaq müstəqil düşüncənizin dərinləşməsinə, bacarıqlarınızın inkişafına müsbət təsir edəcəkdir. Vəsaitə X sinifdə öyrənilən bədii əsərlər də daxil edilmişdir. Bu, vaxt itkisinin qarşısını alacaq, bütün bədii əsərləri bir mənbədən oxumağınıza imkan yaradacaqdır. Unutmayın ki, bədii əsərlərin hər birini hələ sinifdə öyrənməyə başlamazdan əvvəl müstəqil oxumalısınız. Klassik ədəbiyyatla bağlı lüğətlər, şərh və izahlar oxuda köməyinizə gələcəkdir.

О книге

ИздательствоAudioKitab
Год издания2023
Языкaz
ФорматыMP3, M4B
Возрастное ограничение0

Частые вопросы

О чём книга «Ədəbiyyat dərsliyi. 10-cu sinif»?
«Ədəbiyyat dərsliyi. 10-cu sinif» — это прочая образовательная литература. Bu sinifdə qədim və zəngin ədəbiyyatımızı tarixi-xronoloji ardıcıllıqla öyrənəcəksiniz. Başqa sözlə, araşdırma aparmaqla söz sənətimizin müxtəlif tarixi dönəmlərdə inkişafı və görkəmli nümayəndələrinin yaradıcılığı barədə yeni bilik və…
Где читать или купить «Ədəbiyyat dərsliyi. 10-cu sinif»?
Книгу можно читать или купить у партнёра ЛитРес (аудиокнига). Цена у партнёра — 229 ₽. Переход — по кнопке в блоке «Где читать или купить».
Что почитать похожее на «Ədəbiyyat dərsliyi. 10-cu sinif»?
Близкие по теме книги: «Этика», «Задачи современной антропологи и ее отношения к другим наукам», «Кто таковы были монголы». Полный список — в блоке «Похожие книги».