Описание

Con Menin “Çingiz xan romanını tarixi roman janrında yeni cığır, hətta novatorluq adlandırmaq olar. Yazıçı özündən əvvəl bu janrda möhtəşəm əsərlər yaradan sələf-həmkarlarından fərqli olaraq uzun-uzadı təsvirlərə, dialoqlara yer verməyib, əsasən arxiv materialları ilə işləyib, romanda sözü gedən coğrafi məkanlara baş çəkib, tarixi yerləri şəxsən görüb. Bundan başqa, Con Men 850 il əvvəl baş vermiş əhvalatların epik təsvirindənsə, tarixi hadisə və proseslərin təhlilinə üstünlük verib. Bu zaman o, öz üzərinə bitərəf araşdırmaçılıq vəzifəsi götürüb və bu işin öhdəsindən uğurla gəlib. Romanı oxuyanda Çingiz xanın şəxsiyyətinə müəyyən rəğbət elementləri sezmək də mümkündür. Ancaq yazıçı böyük fatehin dövründə bilavasitə onun əmri ilə törədilmiş qırğınlardan, hətta müasir dövrdə genosid siyasətindən, bəşəriyyətə qarşı cinayət sayıla biləcək hadisələrdən də bəhs edib. Sadəcə, bu zaman o, həmin hadisələrə tarix kontekstindən yanaşıb. Qədim və müasir monqolların Çingiz xanın şəxsiyyətinə pərəstiş etmələrinin səbəbi əsərdə məntiqli bir şəkildə açılıb. Müəllif 15 yaşlı bir əsir uşağın xoş təsadüf və öz fərasəti nəticəsində əsirlikdən qurtularaq necə dünya fatehinə çevrilməsini, Koreya yarımadasından tutmuş Macarıstana qədər nəhəng bir ərazidə qurduğu imperiyaya rəhbərlik etməsini bütün müsbət və mənfi cəhətləri ilə birlikdə təsvir edib. Bu baxımdan “Çingiz xan əsəri müvafiq mövzuda yazılmış minlərlə əsər içində öz layiqli yerini tutur və bu möhtəşəm roman dünya şəxsiyyətlərinin həyatı ilə maraqlanan oxucular üçün əvəzsiz əsərdir.

О книге

ИздательствоQanun Nəşriyyat evi
Год издания2022
Языкaz
Возрастное ограничение0
ISBN9789952263213

Частые вопросы

О чём книга «ÇİNGİZ XAN»?
«ÇİNGİZ XAN» — это биографии и мемуары. Con Menin “Çingiz xan romanını tarixi roman janrında yeni cığır, hətta novatorluq adlandırmaq olar. Yazıçı özündən əvvəl bu janrda möhtəşəm əsərlər yaradan sələf-həmkarlarından fərqli olaraq uzun-uzadı təsvirlərə, dialoqlara yer verməyib,…
Где читать или купить «ÇİNGİZ XAN»?
Книгу можно читать или купить у партнёра ЛитРес (эл. книга). Цена у партнёра — 147 ₽. Переход — по кнопке в блоке «Где читать или купить».
Что почитать похожее на «ÇİNGİZ XAN»?
Близкие по теме книги: «Дочь Петра Великого», «Гатчина», «Записки летчика М. С. Бабушкина». Полный список — в блоке «Похожие книги».
{# Метрика грузится только после opt-in (см. metrica.js). noscript-пиксель НЕ добавляем: без JS нет согласия → нельзя грузить аналитику. #}