Описание

Azərbaycan ədəbiyyatında detektiv janrın banisi kimi tanınan Cəmşid Əmirov əlinizdə tutduğunuz bu kitabla yanaşı “Qara volqa, “Şəhər yatarkən, “Sahil əməliyyatı əsərlərinin, “İstintaq davam edir filminin ssenari müəllifidir. Cəmşid Əmirov 1962-ci ildə qələmə aldığı “Brilyant məsələsi povestinin baş qəhrəmanlarını – qumarbaz Yədullanı və Zerkola Klaranı (Klara Yusifzadə, red.) əsərə real həyatdan gətirib. Povest boyunca oxucu bu mənfi obrazlarla, kapitan İsayevin timsalında onlara qarşı mübarizə aparan, aman vermədən onları təqib edən personajların başına gələnlərə şahidlik edirlər və bu müddətdə nə zaman baş verdiyini hiss etmədən gözlərini açarkən özlərini qarışıq cinayət hadisələrinin düz ortasında tapırlar. Əsərlərində dolğun həyat cizgilərinə önəmli yer ayıran yazıçının “Brilyant məsələsində də DTK (Dövlət Təhlükəsizlik Komitəsi; rusca КГБ, red.) sistemində çalışan yaxın dostlarının köməkliyi ilə (Cəmşid Əmirovun atası – Çingiz Əmirov Ədliyyə polkovniki idi, red.) arxivlərdə qorunan real istintaq materiallarına, habelə, təcridxanalardakı məhbusların ifadələrinə istinad etdiyini görmək mümkündür. Povestin kulminasiyalarına doğru Yədullanın sovet milisi tərəfindən ifşa olunmasından bəhs edən fəsillər maraqlı səhnələrdən biridir. Qumarbazın sonrakı taleyi necə olacaq? O, həbsdən qaçıb canını qurtara biləcəkmi? Mənzil oğurluğu ilə Klaranın əlaqəsi varmı? Ev sahibəsinin telefon danışıqları nə üçün dinlənilirdi? İttiham olunan şəxsin günahsız olduğu sübuta yetiriləcəkmi? Oxucular bütün suallara əsəri oxuyarkən cavab tapa biləcəklər.

О книге

СерияMilli ədəbiyyat
ИздательствоHədəf nəşrləri
Год издания2022
Языкaz
ФорматыFB2.ZIP, TXT, TXT.ZIP, RTF.ZIP, A4.PDF, A6.PDF, MOBI.PRC, EPUB, IOS.EPUB, FB3
Возрастное ограничение0

Частые вопросы

О чём книга «Brilyant məsələsi»?
«Brilyant məsələsi» — это современная зарубежная литература. Azərbaycan ədəbiyyatında detektiv janrın banisi kimi tanınan Cəmşid Əmirov əlinizdə tutduğunuz bu kitabla yanaşı “Qara volqa, “Şəhər yatarkən, “Sahil əməliyyatı əsərlərinin, “İstintaq davam edir filminin ssenari müəllifidir. Cəmşid Əmirov…
Где читать или купить «Brilyant məsələsi»?
Книгу можно читать или купить у партнёра ЛитРес (эл. книга). Цена у партнёра — 153 ₽. Переход — по кнопке в блоке «Где читать или купить».
Что почитать похожее на «Brilyant məsələsi»?
Близкие по теме книги: «Басурман», «14 декабря», «Микеланджело». Полный список — в блоке «Похожие книги».