Описание

Azərbaycan el ədəbiyyatının ən maraqlı və rəngarəng mövzularla zəngin janrlarından biri dastanlardır. Dastanlarımızda millətin mənliyi, bənzərsizliyi, fəlsəfi və əxlaqi baxışları, dünya görüşü və dünya duyumu əksini tapır, davranışın ən incə psixoloji çalarları açılır, torpağın ətri və rəngləri, dağların əzəməti, meşələrin, çayların, bulaqların sərinliyi, çöllərin, düzlərin genişliyi canlandırır. Bu dastanlarda xalqın duyğu və düşüncələri, istək və arzuları bütün əlvan yönləriylə tərənnüm olunur. Genişyayılan bu xalq dastanlarımızda elin həyat və mübarizəsi tarixindən, keçmişin şirin və acı təcrübələrindən əldə olunmuş fikir və arzuları əksini tapır. Həmin fikirlərin daşıyıcıları olan dastan qəhrəmanları bir fərd olmaqdan çıxıb yurdun qəhrəmanlığı, gücü, zəkası və insaniyyət timsalına çevrilirlər. Azərbaycan xalq dastanları içərisində elələri var ki, qəhrəmanlıqla məhəbbətin birləşdirilməsi, uzlaşdırılması yolu ilə yaradılmışdır. “Əsli və Kərəm, “Abbas və Gülgəz, “Şah İsmayıl, “Aşıq Qərib və s. dastanlar bu qəbildəndir. Qədim ənənəyə uyğun olaraq həkimanə-ustadnamələrlə başlayıb, duvaqqapmalarla bitən bu dastanların qəhrəmanları sevməyi bacardıqları kimi qılınc, qalxanla vuruşmağı da bacarırlar. Bununla belə hər nə qədər igid, qəhrəman olsalar da onlar əsasən öz sevgiləri – butaları uğrunda çarpışırlar. Ona görə də həmin dastanlar bir növ qəhrəmanlıq dastanları ilə məhəbbət dastanlarının hüdudunda dayanır, onların birindən digərinə keçid mərhələsi təsiri bağışlayır. Bu kitabda ""Şəhri və Mehri"", ""Mahmud və Ağcaquş"", ""Yaxşı və Aşıq"", ""Hüseyn və Reyhan dastanı"", ""Yəhya bəy və Dostu xanım"", ""Əsli Kərəm"", ""Qurbani"", ""Valeh Zərnigar "" dastanları yer almışdır.

О книге

ИздательствоAudioKitab
Год издания2022
Языкaz
ФорматыMP3, M4B
Возрастное ограничение0

Частые вопросы

О чём книга «Azərbaycan xalq dastanları 1-ci hissə»?
«Azərbaycan xalq dastanları 1-ci hissə» — это мифы / легенды / эпос. Azərbaycan el ədəbiyyatının ən maraqlı və rəngarəng mövzularla zəngin janrlarından biri dastanlardır. Dastanlarımızda millətin mənliyi, bənzərsizliyi, fəlsəfi və əxlaqi baxışları, dünya görüşü və dünya duyumu əksini tapır, davranışın ən…
Где читать или купить «Azərbaycan xalq dastanları 1-ci hissə»?
Книгу можно читать или купить у партнёра ЛитРес (аудиокнига). Цена у партнёра — 229 ₽. Переход — по кнопке в блоке «Где читать или купить».
Что почитать похожее на «Azərbaycan xalq dastanları 1-ci hissə»?
Близкие по теме книги: «Былины», «Илья Муромец и Соловей Разбойник», «Исцеление Ильи Муромца». Полный список — в блоке «Похожие книги».